Gürcüstan azərbaycanlıları prezident seçkilərində hansı namizədi dəstəkləyib?

Gürcüstan azərbaycanlıları prezident seçkilərində hansı namizədi dəstəkləyib? Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanın azərbaycanlı vətəndaşlarının əksəriyyəti prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişviliyə səs verib.
Region
29 Oktyabr , 2018 11:45
Gürcüstan azərbaycanlıları prezident seçkilərində hansı namizədi dəstəkləyib?

Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanın azərbaycanlı vətəndaşlarının əksəriyyəti prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişviliyə səs verib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarında əks olunub.

Azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda 63 seçki məntəqəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Salome Zurabişvili 40,23%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,63% səs toplayıb.

Marneuli rayonunda isə 90 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə görə, S.Zurabişvili 47,79%, Q.Vaşadze isə 39,05% səs əldə edib.

S. Zurabişviliyə ən çox səs Bolnisi rayonunda verilib. Xanım namizəd rayonun 62 seçki məntəqəsi üzrə 59,18% səs qazanıb. Q.Vaşadzenin topladığı səs isə 31,45% təşkil edib.

Dmanisi rayonunda 50 seçki məntəqəsində S.Zurabişvili 48,43% səslə Q.Vaşadzeni (39,71%) üstələyib.

MSK-nın məlumatına əsasən, ölkə üzrə seçki məntəqələrinin 99,95%-i üzrə səslər sayılıb. Nəticələrə görə, S.Zurabişvili 615 403 səs (38,63%), Q.Vaşadze isə 601 175 səs (37,74%) əldə edib. Qonşu ölkədə prezident seçkilərinin ikinci turu seçkilərin yekun nəticələrinin elan olunmasından iki həftə sonra keçiriləcək. Yekun nəticələrin elan olunması üçün maksimal müddət seçki günündən sonra 20 gün təşkil edir. 

Son xəbərlər

Orphus sistemi