Yuxarı

Ermənistanda öldürülməkdən qorxan əsgər hərbi hissəyə qayıtmaqdan imtina edib

Ermənistanda öldürülməkdən qorxan əsgər hərbi hissəyə qayıtmadı

Ermənistan ordusunun 19 yaşlı əsgəri Narek S. məzuniyyətdən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmaqdan imtina edib.

“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın Açapnyak administrativ dairəsindən olan əsgər qanuni məzuniyyət alaraq, evlərinə gedib.

İyunun 30-da məzuniyyət müddəti başa çatdığı üçün, o, hərbi hissəyə qayıtmalı imiş. Ancaq əsgər hərbi hissəyə qayıtmaqdan imtina edib. O, valideynlərinə deyib ki, hərbi hissəyə qayıtsa intihar edəcək.

Narekin sözlərinə görə, onu hərbi hissədə öldürəcəklər. Valideynləri psixoloqa müraciət ediblər. Mütəxəssislər onu intihar etmək fikrindən daşındırıblar. Əsgər hərbi hospitala yerləşdirilib.

Hazırda əsgər həkimlərin və hərbi polisin nəzarəti altındadır. Onun qulluq etdiyi hərbi hissədə araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi