Ermənistanda Konstitusiyadan kənar vəziyyət yaranıb

Region
  • 22 oktyabr, 2018
  • 09:45
Ermənistanda Konstitusiyadan kənar vəziyyət yaranıb
newsarmenia.am

Bakı.22 oktyabr. REPORT.AZ/ Ermənistan parlamentində sabit çoxluq əldə edilmədiyindənölkədə fors-major, yəni Konstitusiyadan kənar vəziyyət yaranıb.

“Report”Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Seçki Məcəlləsinə dəyişikliklərlayihəsini millət vəkillərinə təqdim edən ədliyyə naziri vəzifəsini icra edən Artak Zeynalyan deyib. O, məhz buna görə hökumət tərəfindən Seçki Məcəlləsinə ən tez zamanda dəyişiklikləri qəbuletdirmək təklifinin irəli sürüldüyünü bildirib.

ErmənistanMilli Məclisi bu gün keçirilən birinci səsvermədə dəyişikliklərə dair fövqəladəşəkildə, yəni 72 saat ərzində müzakirə və səsvermə keçirmək təklifini qəbul etməyib.Parlamentin mövcud nizamnaməsinə əsasən, eyni qanun layihəsi ikinci oxunuşda 2 həftə ərzində, yaxud fövqəladə iclas zamanı qəbul edilə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti