Ərdoğan və Putinin görüş tarixi açıqlanıb
Region
- 14 sentyabr, 2018
- 09:14
Bakı. 14 sentyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş sentyabrın 17-də Soçidə keçiriləcək.
“Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, iki ölkənin liderləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, bu gün İstanbulda Türkiyə, Almaniya, Rusiya və Fransa liderləri köməkçilərinin Suriyadakı vəziyyətə həsr edilən görüşü olacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl belə bir tədbirin keçiriləcəyini və onların Suriya üzrə dördtərəfli sammitin gündəliyini müzakirə edəcəklərini bildirmişdi.
Son xəbərlər
14:13
Britaniya Hörmüz boğazının minalardan təmizlənməsi üçün baza hazırlayıb
Digər ölkələr14:03
Foto
Video
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülüb - YENİLƏNİB-3
Hadisə14:03
Xalq artisti Rasim Balayev vəfat edib
Mədəniyyət siyasəti13:58
Bakı və Abşeron yarımadasında son 38 ilin yağıntı rekordu yenilənib
Ekologiya13:54
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ekologiya13:52
Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti dəfə təyinat alıb
Futbol13:35
Foto
Azərbaycan parataekvondoçuları Türkiyədə dörd medal qazanıblar
Fərdi13:31
Dağıstanda əlverişsiz hava səbəbindən 12 yaşayış məntəqəsi qazsız qalıb
Region13:16