Yuxarı

Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

Ərdoğan və Putin Suriya məsələsini müzakirə edəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki. bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilir.

Qeyd edilir ki, dövlət başçıları Suriyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər. 

"Danışıqların gedişatında ikitərəfli əlaqələr, regional məsələlər, ilk növbədə Suriyada yaranmış vəziyyət müzakirə edilib", - deyə açıqlamada bildirilir. 


***21:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriyada yaranmış vəziyyəti müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Prezidenti Adminstarsiyasının sözçüsü İbrahim Kalına istinadən məlumat yayıb. 

Bildirilir ki, dövlət başçıları arasında telefon danışığı bu axşam olacaq. Söhbətin təfərrüatı, həmçinin danışığın vaxtı açıqlanmıır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi