“Astana üçlüyü”nün onlayn zirvə görüşü keçiriləcək

Region
  • 16 iyun, 2020
  • 11:33
“Astana üçlüyü”nün onlayn zirvə görüşü keçiriləcək
Məhəmmədcavad Zərif

İran, Rusiya və Türkiyədən ibarət olan Suriya böhranına dair “Astana üçlüyü” arasında zirvə görüşü keçirmək barədə razılıq əldə edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi danışıqlardan sonra bildirib.

“Biz “Astana zirvəsi”ni əvvəl virtual, daha sonra üzbəüz şəklində keçirəcəyik. Bu gün virtual görüşə dair cənab Lavrovun, dünən isə Türkiyə xarici işlər nazirinin razılığını aldım. Odur ki, üç ölkə rəhbərləri virtual formatda görüş keçirəcəklər”, - M.Zərif deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti