ABŞ Prezidentinin müşaviri Rusiyada danışıqlar aparır - YENİLƏNİB

ABŞ Prezidentinin müşaviri Rusiyada danışıqlar aparır - YENİLƏNİB Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə danışıqlar zamanı silahlar barədə razılaşmalar da daxil olmaqla bir sıra məsələr ətrafında müzakirələr aparıb.
Region
22 Oktyabr , 2018 18:04
ABŞ Prezidentinin müşaviri Rusiyada danışıqlar aparır - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə danışıqlar zamanı silahlar barədə razılaşmalar da daxil olmaqla bir sıra məsələr ətrafında müzakirələr aparıb.

“Report” ABŞ-ın Rusiyadakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər habelə Suriya, İran, Şimali Koreya, həmçinin terrorla mübarizə ilə bağlı bir çox məsələləri müzakirə ediblər.


***16:41

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə beynəlxalq təhlükəsizlik məsələlərini və iki ölkə arasında bu istiqamətdəki əməkdaşlığın yollarını müzakirə edir.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Evgeni Anoşin məlumat verib.

Onun sözlərinə görə, görüş qapalı keçirilir.

Xatırladaq ki, C.Bolton oktyabrın 24-də Azərbaycana gələcək.

Son xəbərlər

Orphus sistemi