Zelenski Davos İqtisadi Forumunda iştirak üçün İsveçrədədir

Zelenski Davos İqtisadi Forumunda iştirak üçün İsveçrədədir Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədədir.
Region
15 Yanvar , 2024 15:46
Zelenski Davos İqtisadi Forumunda iştirak üçün İsveçrədədir

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədədir.

“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

Dövlət başçısı Davos İqtisadi Forumunda iştirak edəcəyini bildirib.

“Mən parlamentin hər iki palatasının rəhbərləri, partiya və fraksiya liderləri, eləcə də İsveçrə prezidenti ilə görüşəcəm. İsveçrəyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi ardıcıl dəstəyə görə minnətdarlıq edəcəm. İnanıram ki, İsveçrənin Sülh Formulasında iştirakı, eləcə də müvafiq təcrübəsi ədalətli sülhə baxışımızı yaxınlaşdırmağa kömək edə bilər”, - o vurğulayıb.

V.Zelenski, həmçinin yazıb ki, o, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini, Ukraynanın bərpası məsələsini də müzakirə edəcək.

Qeyd edək ki, Davos İqtisadi Forumu bu gün işə başlayır. Zelenski yanvarın 16-da Forumda iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi