Ermənistan vətəndaşı özünü hökumət binasının qarşısında yandırmaq istəyib

Region
  • 25 fevral, 2019
  • 13:08
Ermənistan vətəndaşı özünü hökumət binasının qarşısında yandırmaq istəyib

Bakı. 25 fevral. REPORT.AZ/ Ermənistanın Qezanist kəndinin sakini Andranik Adilxanyan paytaxt Yerevanda hökumət binasının qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd göstərib.

“Report” “Növosti Armeniya”ya istinadən xəbər verir ki, binanın təhlükəsizliyini təmin edən polis əməkdaşları onun özünü yandırmasının qarşısını alıblar. 

Hadisənin səbəbi məlum deyil. 

44 filmi