Xamənei Milli İnkişaf Fondunun payını 20 faiz azaldıb

Xamənei Milli İnkişaf Fondunun payını 20 faiz azaldıb İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei neft və qazdan gələn gəlirlərdə Milli İnkişaf Fondunun payını 20 faiz azalmasına dair təklifə razılıq verib.
Region
1 Sentyabr , 2024 13:23
Xamənei Milli İnkişaf Fondunun payını 20 faiz azaldıb

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei neft və qazdan gələn gəlirlərdə Milli İnkişaf Fondunun payının 20 faiz azalmasına dair təklifə razılıq verib.

“Report” xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, İran Prezidenti Məsud Pezeşkian bu barədə ölkənin ali rəhbərinə təkliflər təqdim edib. Məlumata görə, bu razılaşma nəticəsində taxılçılara, fermerlərə olan dövlət borcları ödənilib və bəzi məhsullarla təminat problemi həll edilib.

Qeyd edək ki, İranın Milli İnkişaf Fondu dünyada ilk 30-luqdadır. Məlumata görə, dünyada 81 belə fond var. Norveç birinci yerdədir.

İranın Milli İnkişaf Fondunun sədri Mehdi Qəzənfəri bir neçə il əvvəl verdiyi açıqlamada bildirib ki, fondun ümumi aktivlərinin 60 faizi neft gəlirlərinin, qalanı isə qeyri-neft resurslarının hesabına formalaşır.

Son xəbərlər

Orphus sistemi