Rusiyanın Ukraynaya atdığı raketlərdən biri NATO-nun hava məkanına daxil olub - YENİLƏNİB-2

Rusiyanın Ukraynaya atdığı raketlərdən biri NATO-nun hava məkanına daxil olub - YENİLƏNİB-2 Ukraynaya atılan raketlərdən biri Moldovanın hava məkanına daxil olub.
Region
10 Fevral , 2023 12:50
Rusiyanın Ukraynaya atdığı raketlərdən biri NATO-nun hava məkanına daxil olub - YENİLƏNİB-2

Ukraynaya atılan raketlərdən biri Rumıniyanın hava məkanında daxil olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.  

Bildirilib ki, bu, NATO-nun hava məkanına müdaxilədir.

12:37

Ukraynaya atılan raketlərdən biri Moldovanın hava məkanına daxil olub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Nikolayev vilayət qubernatoru Vitaliy Kim bildirib. 

Qeyd edək ki, Rusiya bu gün səhər saatlarından etibarən Ukrayna ərazisini kütləvi raket hücumlarına məruz qoyub.

11:56

Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoyub.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Kiyev, Dnepropetrovsk, Krivoy- Roq, Zaporojye, Dnepr, Vinnitsa, Xarkov, Nikolayev, Odessa şəhər və vilayətlərində partlayış səsləri eşidilib.

Vətəndaşlara sığınacaqlardan çıxmamaq barədə xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi