Ukraynaya raket hücumu nəticəsində yaralananların sayı 140-a çatıb - YENİLƏNİB-3
- 19 avqust, 2023
- 19:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 140 nəfərə çatıb.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.
Onun sözlərinə görə, 140 nəfərdən 41-i xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 60-dan çox evə ziyan dəyib. Avqustun 19-dan 21-dək şəhərdə matəm elan edilib.
22:22
Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 129-a çatıb.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.
128 nəfər tibbi yardım üçün müraciət edib. Hazırda 46 nəfər xəstəxanalardadır.
Qeyd edək ki, hadisə nəticəsində 7 nəfər ölüb. 60-dan çox ev dağıntılar nəticəsində zədələnib.
Avqustun 19-21-də şəhərdə matəm elan edilib.
16:52
Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 117-yə çatıb.
“Report” xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı ümumilikdə 7 nəfər ölüb, 117 nəfər yaralanıb.
15.46
Ukraynanın Çerniqov vilayətinə ballistik raketlərlə hücum nəticəsində ölənlərin sayı 7-ə çatıb.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.
O qeyd edib ki, hadisə zamanı ümumilikdə 90 nəfər yaralanıb. Onlardan 10-u polis, 12-si isə uşaqdır.
14.25
Ukraynanın Çerniqov vilayətinə ballistik raketlərlə hücum olub.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə hərbi vilayət administrasiyasından bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Qərb bölgələri istisna olmaqla ölkənin bütün ərazisində hava həyəcanı elan edilib.