Ukraynada təyyarə qəzası nəticəsində iki nəfər ölüb
Region
- 05 oktyabr, 2015
- 06:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 oktyabr. REPORT.AZ/ Ukraynanın Lvov vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Xəbərə görə, hadisə təlim-məşq uçuşu zamanı baş verib.
""Zodiak CH-601" yüngül mühərrikli təyyarə Ukraynanın Tsuniv kəndindəki avia-idman ictimai klubunun aerodromundan uçub. Qəza nəticəsində ölənlərdən biri pilot, o biri isə sərnişin olub", - məlumatda bildirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır. Qəza ilə bağlı cinayət işi açılıb.
Son xəbərlər
09:08
UEFA Çempionlar Liqası: II tura 9 oyunla start veriləcək
Futbol
09:00
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Futbol
08:58
Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib
Digər ölkələr
08:50
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.10.2026)
Maliyyə
08:46
Foto
Video
Aeroport şosesində qəza baş verib, tıxac yaranıb
Hadisə
08:45
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (13.10.2026)
Maliyyə
08:36
Foto
Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər
Daxili siyasət
08:09
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:55
IMF 2026-cı ildə dünya iqtisadiyyatının 3,1 % artacağını gözləyir
İqtisadiyyat