Ukraynada azərbaycanlı rəssamın art layihəsinin təqdimatı olub - VİDEO

Ukraynada azərbaycanlı rəssamın art layihəsinin təqdimatı olub - VİDEO Kiyevdə Ukrayna Rəssamlar İttifaqının azərbaycanlı üzvü Rasim Seidimovun bu yaxınlarda raket hücumları zamanı ciddi zərər görən "Oxmetdit" uşaq xəstəxanasında art layihəsinin təqdimatı olub.
Region
9 Sentyabr , 2024 13:08
Ukraynada azərbaycanlı rəssamın art layihəsinin təqdimatı olub - VİDEO

Kiyevdə Ukrayna Rəssamlar İttifaqının azərbaycanlı üzvü Rasim Seidimovun bu yaxınlarda raket hücumları zamanı ciddi zərər görən "Oxmetdit" uşaq xəstəxanasında art layihəsinin təqdimatı olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, layihənin adı "Oxmatdit mələkləri" olub.

Azərbaycanlı rəssamın art layihəsinin rəhbəri Lyüdmila Fantaz bildirib ki, məqsəd buradakı uşaqlara incəsənət vasitəsilə mənəvi dəstək verməkdir. Tədbirdə layihənin tərəfdaşları, Ukrayna Millətlər Assambleyasının prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, əməkdar müəllim-tərbiyəçi Valentina Lutsenko çıxış edərək uşaqlara maddi və mənəvi dəstək olublar.

Tədbirdə uşaqlara müxtəlif hədiyyələr də təqdim olunub.

Qeyd edək ki, azərbaycanlı rəssam Rasim Seidimovun Ukraynada müharibə dövründə müxtəlif mövzuda bir neçə sərgisi olub.

Son xəbərlər

Orphus sistemi