Ukraynalı zabit: "Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bir nümunədir"

Ukraynalı zabit: "Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bir nümunədir" "Azərbaycan Ordusunun 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsindən və 2023-cü ildəki lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bununla Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qələbə
Region
9 Noyabr , 2023 15:00
Ukraynalı zabit: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bir nümunədir

"Azərbaycan Ordusunun 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsindən və 2023-cü ildəki lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bununla Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qələbə qazanaraq ərazi bütövlüyünü təmin edib".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında hərbi-siyasi şərhçi, Ukrayna Silahlı Qüvvələrinin zabiti Taras Berezovets bildirib.

O, Azərbaycan Ordusunda həyata keçirilmiş islahatları da xüsusi vurğulayıb.

"Əlbəttə ki, bu qələbə uzun illər ərzində Silahlı Qüvvələrdə aparılan islahatlarsız mümkün olmazdı. Bu islahatlar ardıcıl şəkildə həyata keçirilib. Mən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənizə dəvət olunmaq şərəfinə nail olmuşam. Nəticədə Azərbaycan Ordusunda həyata keçirilən islahatları gözlərimlə görmüşəm. Əslində, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü necə bərpa edəcəyinə də nümunədir. Ukrayna NATO standartlarına uyğun ordu yaratdıqdan sonra məhz belə hərbi qələbə qazanmalıdır. Ukraynanın strateji baxımdan dostu olan Azərbaycanın qələbəsi isə şübhəsiz, bizim üçün çox əla xəbərdir və bu münasibətlə hər kəsi təbrik edirəm", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi