Ukrayna Prezidenti Rusiya ilə danışıqların məqsədini açıqlayıb

Ukrayna Prezidenti Rusiya ilə danışıqların məqsədini açıqlayıb “Rusiya ilə danışıqların məqsədi effektiv zəmanətlər əldə etməkdir”.
Region
642
14 Mart , 2022 03:06
Ukrayna Prezidenti Rusiya ilə danışıqların məqsədini açıqlayıb

“Rusiya ilə danışıqların məqsədi effektiv zəmanətlər əldə etməkdir”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var - Prezidentlərin görüşünün keçirilməsi üçün hər şeyi etmək. İnsanların bu görüşü səbirsizliklə gözlədiyinə əminəm. Bizim məqsədimiz ondan ibarətdir ki, bu mübarizədə, mürəkkəb danışıqlar işində Ukrayna lazımi nəticəni alsın. Bu da bizim üçün zəruridir.

Sülh və təhlükəsizlik üçün. Beləliklə, normal və effektiv zəmanətlərimiz olsun deyə. Budapeştdəki kimi deyil, səmamızdakı kimi deyil. Ukraynalılar deyə bilsinlər - bu işləyir, bunlar zəmanətdir”, - Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

Zelenski qeyd edib ki, Rusiya ilə danışıqlar aparmaq lazımdır, çünki bu danışıqlar sayəsində bu gün Ukraynanın müxtəlif bölgələrindən 5 550 nəfər, 6 gün ərzində isə 130 mindən çox insan təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi