Ukrayna Prezident Ofisi Moskvaya PUA hücumuna münasibət bildirib

Ukrayna Prezident Ofisi Moskvaya PUA hücumuna münasibət bildirib “Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo Podolyak Rusiyanın paytaxtı Moskva şəhərinə mayın 30-da ya dronla edilən hücuma dair açıqlamasında bildirib.
Region
30 May , 2023 12:21
Ukrayna Prezident Ofisi Moskvaya PUA hücumuna münasibət bildirib
Mixaylo Podolyak

“Süni intellekt dövrünə gedirik. Ola bilsin bütün pilotsuz uçuş aparatları (PUA) Ukraynaya hücum etməyə hazır deyil və öz yaradıcılarının yanına qayıdırlar”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo Podolyak mayın 30-da Rusiyanın paytaxtı Moskva şəhərinə PUA-larla hücumu şərh edərkən bildirib.

Məsələ ilə bağlı Rusiya rəsmilərinin açıqlamalarına ironiya ilə yanaşan Ukrayna rəsmisi deyib: “Onlar yaradıcılarından soruşmaq istəyirlər: "Bizi niyə Ukrayna, o cümlədən Kiyev və başqa şəhərlərdəki uşaqlara hücum etmək üçün göndərirsiniz?”.

M.Podolyak söyləyib ki, 15 aydan sonra Rusiya 2014-cü ilin təkrar olmayacağını başa düşüb: “İstənilən ayırma xətti üzrə heç bir imzalanma olmayacaq. Hər kəs etdiklərinə görə cavab verəcək”.

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum olub. Hadisə nəticəsində iki nəfərin yaralandığına, bir neçə binaya ziyan dəydiyinə dair xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi