Ukrayna NATO-nun 155 mm-lik standart artilleriya mərmilərinin istehsalına başlayacaq

Region
  • 08 avqust, 2023
  • 09:47
Ukrayna NATO-nun 155 mm-lik standart artilleriya mərmilərinin istehsalına başlayacaq

Ukrayna NATO-nun 155 mm-lik standart artilleriya mərmilərinin istehsalına başlayacaq.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin deyib.

Onun sözlərinə görə, proses bu ilin sonuna kimi başlayacaq.

Bundan əvvəl Ukrayna 152 və 122 mm-lik mərmilərin istehsalına başlayıb.