Ukrayna Prezidentinin Ofisi: "Ötən 100 gündə 1 017 şəhər və qəsəbə işğaldan azad edilib"

Ukrayna Prezidentinin Ofisi: "Ötən 100 gündə 1 017 şəhər və qəsəbə işğaldan azad edilib" “Ukrayna Silahlı Qüvvələri Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin 100 günü ərzində 1 017 şəhər və qəsəbəni işğaldan azad edib”.
Region
3 İyun , 2022 16:56
Ukrayna Prezidentinin Ofisi: Ötən 100 gündə 1 017 şəhər və qəsəbə işğaldan azad edilib

“Ukrayna Silahlı Qüvvələri Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin 100 günü ərzində 1 017 şəhər və qəsəbəni işğaldan azad edib”.

“Report” UNN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko iyunun 3-də keçirdiyi brifinqdə bildirib.

“Ukrayna Silahlı Qüvvələri 100 gün ərzində 1 017 şəhər və qəsəbəni Rusiya işğalından azad edib. Onların 370-i minalardan təmizlənib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti həmin ərazilərdə digər zəruri işlərlə məşğuldur”, Timoşenko qeyd edib.

Onun sözlərinə görə, Kiyev, Xarkov, Çerniqov, Sumı və Jitomirin işğaldan təmizlənən ərazilərində yaşayış binalarının və sosial infrastrukturun bərpası ilə bağlı ilk işlər görülür:

“Bu gündədək 1 194 obyekt tam bərpa olunub. 700-dək yaşayış məntəqəsində nəqliyyatın hərəkəti bərpa olunub. İşğaldan təmizlənən ərazilərin 26 faizində tibb müəssisələri işləyir, 600-dən artıq yaşayış yerlərində ərzaq mağazaların, 300-ə yaxın bankın fəaliyyəti bərpa olunub”.

Kirill Timoşenko bildirib ki, Ukrayna hər gün humanitar yardım alır:

“Təkcə may ayında 126 min ton humanitar yardım gəlib” .

Qeyd edək ki, iyunun 3-ü Rusiyanın Ukraynada hərbi əməliyyatının 100-cü günüdür. Hərbi müdaxilə fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi