​Türkiyəyə sığınan qaçqınların rəsmi sayı açıqlanıb

Region
  • 22 fevral, 2016
  • 10:05
​Türkiyəyə sığınan qaçqınların rəsmi sayı açıqlanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyəyə 2014-2015-ci illərdə 2 milyon 720 min 438 nəfər mühacirət edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiəynin Statistika Qurumu məlumat yayıb.

Məlumata görə, mühacirlər ölkənin 81 əyalətindən 50-də məskunlaşdırılıblar. Türkiyə əhalisinin sayı 78,7 milyon nəfər olduğu halda, mühacirlər bu rəqəmin 3,45 faizini təşkil edir.

Qaçqınlar daha çox ölkənin Qars, Ağrı, Muş, Bayburt, Yozqat, Şırnak, Ərdaha və Bitlis əyalətlərində məskunlaşdırılıb.