Türkiyənin yeni PUA-sı “Bayraktar TB3” gələn il ilk uçuşunu həyata keçirəcək

Türkiyənin yeni PUA-sı “Bayraktar TB3” gələn il ilk uçuşunu həyata keçirəcək Türkiyənin yeni pilotsuz uçuş aparatı “Bayraktar TB3” 2022-ci ildə ilk uçuşunu həyata keçirəcək.
Region
23 Sentyabr , 2021 01:14
Türkiyənin yeni PUA-sı “Bayraktar TB3” gələn il ilk uçuşunu həyata keçirəcək

Türkiyənin yeni pilotsuz uçuş aparatı “Bayraktar TB3” 2022-ci ildə ilk uçuşunu həyata keçirəcək.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə “Baykar Technologies” şirkətinin texniki direktoru Selcuk Bayraktar Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST” festvalında bildirib.

Bayraktar “Baykar Technologies” şirkəti tərəfindən hazırlanmış pilotsuz aviasiya sistemlərindən, həmçinin reallaşdırılması ən yaxın illərdə planlaşdırılan layihələrdən danışıb. "Biz gələcəyə baxaraq, “Bayraktar TB3” konsepsiyasını görə bilərik. Bu pilotsuz uçuş aparatı peykdən idarə olunmaqla minlərlə kilometrə məsafənin öhdəsindən gəlir. Söhbət ölçüləri “Bayraktar TB2”dən bir qədər böyük və “Akıncı”dan kiçik zərbə aparatından gedir", - o deyib.

Onun sözlərinə görə, “Baykar Technologies” şirkəti həmçinin yerli pilotsuz hərbi təyyarənin hazırlanması ilə məşğuldur. "Türkiyənin yeni pilotsuz hərbi təyyarəsi hərbi sferada əsl inqilab edəcək. Yeni təyyarə “Bayraktar TB3” kimi, qısa uçuş-enmə zolaqlarından istifadə edə biləcək", - Bayraktar deyib.

"Bizim pilotsuz aviasiyamız bir çoxlarına hərbi konsepsiyanı təkrar gözdən keçirməyə məcbur etdi. Ümid edirik ki, “Bayraktar TB3” 2022-ci ildə özünün birinci uçuşunu edəcək. Amma 2023-cü ildə yeni pilotsuz hərbi təyyarə layihəsini reallaşdırmağı planlaşdırırıq", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi