Türkiyənin 27 əyalətində məktəblər bağlanıb

Region
  • 14 dekabr, 2016
  • 06:57
Türkiyənin 27 əyalətində məktəblər bağlanıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Türkiyənin 27 əyalətində məktəblər bir günlüyə bağlanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, məktəblər güclü qar yağmasına görə, tətilə buraxılıb.

İnformasiyaya görə, Ərzurum, Niğde, Kayseri, Tunceli, Qars, Sivas, Düzcə, Elazığ, Bitlis, Sakarya, Muş, Bingöl, Yozqat, Gümüşhane, Bayburt, Konya, Karaman, Ordu, Bolu, Kastamonu, Karabük, Tokat, Giresun, Kahramanmaraş, Samsun, Ağrı, Erzincanda uşaq bağçaları, ibtidai və orta məktəblər, habelə liseylərdə təhsilə bir günlüyə ara verilib.

Qeyd edək ki, Türkiyədə 81 əyalət və onlara bağlı 957 rayon var. 

44 - Tezliklə