Güclü qar Türkiyənin 22 əyalətində məktəblərin bağlanmasına səbəb olub

Region
  • 26 dekabr, 2018
  • 07:03
Güclü qar Türkiyənin 22 əyalətində məktəblərin bağlanmasına səbəb olub

Bakı. 26 dekabr. REPORT.AZ/ Paytaxt Ankara da daxil olmaqla Türkiyənin 22 əyalətində güclü qar yağmasına görə məktəblərdə təhsilə fasilə verilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkə paytaxtındakı bəzi universitetlər də əlverişsiz hava şəraitinə görə bağlanıb.

Güclü qar Ankara ilə yanaşı, Sivas, Bilecik, Kütahya, Bolu, Çankırı, Uşak, Eskişehir, Samsun, Denizli, Afyonkarahisar, Kırşehir, Konya, Çorum, Kastamonu, Kırıkkale, Amasya, Yozgat, Aksaray, Nevşehir, Tokat, Orduda məktəblərin tətilə buraxılmasına səbəb olub.