Türkiyədən xaricə qanunsuz yolla 400 milyon dollar göndərən 216 nəfər tutulub

Türkiyədən xaricə qanunsuz yolla 400 milyon dollar göndərən 216 nəfər tutulub Bakı. 2 oktyabr. REPORT.AZ/ İstanbul Prokurorluğu Türkiyə iqtisadiyyatına və maliyyə təhlükəsizliyinə ziyan vurmaqda şübhəli bilinən 417 nəfərin tutulması barədə sanksiya verib.
Region
2 Oktyabr , 2018 11:01
Türkiyədən xaricə qanunsuz yolla 400 milyon dollar göndərən 216 nəfər tutulub
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ İstanbul Prokurorluğu Türkiyə iqtisadiyyatına və maliyyə təhlükəsizliyinə ziyan vurmaqda şübhəli bilinən 417 nəfərin tutulması barədə sanksiya verib.

“Report” “Hürriyet”ə istinadən bildirir ki, hüquq-mühafizə orqanları Türkiyə Respublikasına qarşı iqtisadi cinayətlə bağlı istintaqa başlayıb.

İstanbul da daxil olmaqla, ölkənin 40 şəhərində eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən 216 nəfəri saxlanılıb.

Onlar çırkli pulların yuyulmasında, o cümlədən ölkədən xaricə qanunsuz pul köçürülməsində şübhəli bilinirlər.

Məlumata görə, barəsində tutulma qərarı verilən şəxslər xarici ölkələrdəki 28088 hesaba qanunsuz yolla 400 milyon dollardan artıq maliyyə vəsaiti köçürüblər. Türkiyədən göndərilən pulları xaricdə alan şəxslərin əksəriyyətinin ABŞ-da yaşayan İran vətəndaşları olduğu bildirilib. 

Son xəbərlər

Orphus sistemi