Türkiyədəki fransız məktəbləri qanundankənar sayıla bilər

Türkiyədəki fransız məktəbləri qanundankənar sayıla bilər Türkiyədəki fransız məktəbləri etibarsız sayıla bilər.
Region
24 İyul , 2024 14:16
Türkiyədəki fransız məktəbləri qanundankənar sayıla bilər

Türkiyədə fəaliyyət göstərən fransız məktəbləri qanundankənar sayıla bilər.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusif Tekin jurnalistlərə açıqlamasında deyib.

O, ölkədəki fransız məktəblərini öz fəaliyyətlərini ölkənin qanunvericiliyinə uyğunlaşdırmağa çağırıb:

“Əgər fransız məktəbləri işlərini qanunvericiliyə uyğun qaydada qursalar, fəaliyyətlərini davam etdirə biləcəklər, əks halda isə etibarsız sayılacaqlar”.

Nazir bildirib ki, Türkiyə bu məktəblərin hüquqi status əldə etmələri üçün müvafiq beynəlxalq müqavilələr imzalanmalıdır: “Fransa ilə müzakirələrimiz davam edir”.

Son xəbərlər

Orphus sistemi