Türkiyədə zəlzələlər fəsadlar törədib, onlarla evə ziyan dəyib

Türkiyədə zəlzələlər fəsadlar törədib, onlarla evə ziyan dəyib Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda baş verən 3 ardıcıl zəlzələ nəticəsində 28 evdə çatlar yaranıb.
Region
1 yanvar 2024 03:11
Türkiyədə zəlzələlər fəsadlar törədib, onlarla evə ziyan dəyib

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda baş verən 3 ardıcıl zəlzələ nəticəsində 28 evdə çatlar yaranıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, 3.5, 4.4 və 4,5 maqnitudada zəlzələlər bir sıra fəsadlar törədib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən vətəndaşlara dəyən maddi zərərin hesablanması üzrə komissiya yaradılıb.

Qeyd edək ki, Türkiyədə 3 zəlzələ dünən qeydə alınıb. Yeraltı təkanların ocağı 2,52 km dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi