Türkiyədə PKK-ya qarşı əməliyyat: yarım tondan çox partlayıcı maddə ələ keçirilib
Region
- 01 noyabr, 2024
- 06:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin 11 vilayətində PKK terror təşkilatına qarşı "Gürz-25" əməliyyatı keçirilib.
"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" də yazıb.
O bildirib ki, əməliyyat nəticəsində terrorçulara məxsus 37 mağara və sığınacaq dağıdılıb. Həmçinin, 661 kiloqram partlayıcı maddə ələ keçirilib.
Bundan başqa, əməliyyat nəticəsində 4 ədəd M79 tank əleyhinə sursat, 3 PKM pulemyotu, 4 "Draqunov" snayper tüfəngləri, 12 "Kalaşnikov" avtomatı, 105 əl qumbarası, 78 reaktiv yaylım atəşi sursatı, 25 artilleriya, minaatan və qumbaraatan sursatları və digər vasitələr ələ keçirilib.
Nazir terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.
Son xəbərlər
21:35
İrakli Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Region
21:29
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Futbol
21:24
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
Digər ölkələr
21:09
Bakıda fərdi yaşayış evlərinin orta aylıq qiyməti 13 %-dən çox bahalaşıb
İnfrastruktur
21:05
Edvards Smiltens ikinci dəfə Latviya Seyminin spikeri seçilib
Digər ölkələr
21:03
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur
İnfrastruktur
21:01
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
Energetika
20:43
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb
Komanda
20:43
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
Energetika