​Türkiyədə partlayış nəticəsində 7 əsgər yaralanıb

Region
  • 03 iyun, 2016
  • 08:44
​Türkiyədə partlayış nəticəsində 7 əsgər yaralanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyədə növbəti terror aktı törədilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Diyarbəkir əyalətinin Silvan rayonunda baş verib. 

Belə ki, terrorçu PKK qruplaşması silahlılarının avtomobil yoluna əvvəlcədən yerləşdirdikləri partlayıcının partlaması nəticəsində 7 əsgər yaralanıb. Hadisə hərbçilərin olduğu avtomobil həmin ərazidən keçərkən baş verib.

Xəbərdə yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyatlara başlayıb.