​Türkiyədə partlayıcı dolu traktor aşkarlanıb

Region
  • 21 may, 2016
  • 11:05
​Türkiyədə partlayıcı dolu traktor aşkarlanıb

Bakı. 21 may. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Yenişehir bölgəsində terrorçu PKK qruplaşmasına aid olan partlayıcı maddə yüklü traktor aşkar edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bomba yüklənmiş traktorla bağlı əməliyyat zamanı təhlükəsizlik orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma düşüb. Bir terrorçu zərərsizləşdirilib. Traktordakı partlayıcı isə partladılıb.