Türkiyədə fabriklərdə başlayan yanğın söndürülüb - YENİLƏNİB-2
- 23 iyul, 2024
- 10:25
Türkiyənin Bursa şəhərində fabriklərdə başlayan yanğın söndürülüb.
“Report” xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində ümumilikdə 7 obyektə ziyan dəyib. Qeyd olunub ki, Onlardan 3-ü boş olub.
Digər dörd müəssisəyə dəymiş ziyan digərlərinə nisbətən daha ciddidir.
12:35
Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklərdəki yanğının miqyası genişlənib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i də məlumat yayılıb.
Bildirilib ki, yanğın ətrafdakı müəssisələrə də keçib.
Qeyd olunub ki, yanğın əvvəlcə təkrar emal müəssisəsində başlayıb və sonra kənar ərazilərə yayılıb.
12:06
Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklər yanır.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən, o cümlədən helikopter cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Hadisənin başvermə səbəbi məlum deyil.