Türkiyədə İncirlik hərbi bazasının yaxınlığında partlayış olub, 7 nəfər yaralanıb
Region
- 11 noyabr, 2015
- 12:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Adana əyalətində yerləşən İncirlik hərbi bazasının yaxınlığında ikimərtəbəli binada baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə əyalətin Sarıcam rayonunun İncirlik məhəlləsində ikimərtəbəli binanın birinci mərtəbəsində baş verib.
Xəbərə görə, 50 metr radiusu əhatə edən partlayış nəticəsində binanın divarları çöküb, yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisə yerindən keçən avtomobildəki bir uşaq olmaqla 7 suriyalı sərnişin yaralanıb.
Hadisə yerinə polis və tibbi yardım heyəti cəlb edilib.
Xəbərə görə, hadisə yerinə giriş-çıxış bağlanıb. Partlayışın başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
08:03
Tramp ABŞ-nin İranın nüvə obyektlərinə yeni zərbələr endirməsini istisna etməyib
Digər ölkələr
07:51
"Milan" ardıcıl dördüncü dəfə "İnter"i məğlub edib
Futbol
07:26
ABŞ-də stadionda atışma zamanı bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
06:58
Tramp: Şimali Koreyanın "Binance" birjasına kiberhücumla əlaqəli olub-olmadığını bilmirik
Digər ölkələr
06:29
Hemilton 2023-cü ildən bəri ilk dəfə "Formula 1" Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 1
05:52
ABŞ Prezidenti İrana zərbələri bərpa etmək barədə suala cavab verməkdən yayınıb
Digər ölkələr
05:20
Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir
Digər ölkələr
04:55
FTB "Binance" birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir
Digər ölkələr
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr