Türkiyədə hərbi təyyarələrin yerləşdiyi bazada partlayışın qarşısı alınıb

Region
  • 15 may, 2017
  • 10:31
Türkiyədə hərbi təyyarələrin yerləşdiyi bazada partlayışın qarşısı alınıb

Bakı. 15 may. REPORT.AZ/ Türkiyənin Diyarbakır əyalətindəki hərbi təyyarələrin yerləşdiyi bazada avtomobilin altında partlayıcı ammonium-nitrat maddəsi aşkarlanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, həmin avtomobil rəsmi qurumlardan birinə məxsusdur.

Avtomobil hərbi bazadan çıxarılıb. 

Hadisənin səbəbi araşdırılır və faktla bağlı həbs edilənlər var.