Türkiyədə həbsxanada nəzarətçilərlə jandarm qüvvələri arasında dava düşüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Region
  • 20 aprel, 2017
  • 09:42
Türkiyədə həbsxanada nəzarətçilərlə jandarm qüvvələri arasında dava düşüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyənin Mersin bölgəsində həbsxanada baş verən dava nəticəsində 3 nəfər yaralanıb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisənin səbəbi də məlum olub. 

Məlumata görə, aprelin 20-də səhər saatlarında həbsxananın giriş qapısında xidmət çəkən jandarm nəzarətçidən şəxsiyyət vəsiqəsi istəyib. Bu məsələ mübahisəyə səbəb olub, digər nəzarətçi və jandarmlar da buna qoşulublar. 

Xəbərdə bildirilib ki, Mersin prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb.

*** 12:12

Türkiyənin Mersin bölgəsindəki qapalı həbsxanada nəzarəçilərlə jandarm qüvvələri arasında dava-dalaş baş verib. 

“Report” "Haber7"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.  

Davanın səbəbi hələlik məlum deyil.