Türkiyədə hakim partiyanın 22 əyalət təşkilatının sədri dəyişdiriləcək
- 25 oktyabr, 2017
- 10:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 oktyabr. REPORT.AZ/ Türkiyənin 22 əyalətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrləri əvəz ediləcək.
“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu partiya baş katibinin müavini Öznur Çalık bildirib.
Patiyadakı dəyişiklik və istefalara münasibət bildirən baş katibin müavini deyib: “İstefalar son deyil, bu, yeni bir başlanğıc ola bilər. İstefa verən bələdiyyə sədrləri partiyamızın qərarlarını yerinə yetiriblər. İstefa ilə bağlı qərarlar isə partiyamızın yenilənməsi hərəkatıdır. Ədalət və İnkişaf Partiyası bir vida partiyası deyil, vəfa partiyasıdır. Bələdiyyə sədrləri də partiyamızdan deyil, tutduqları vəzifədən istefa veriblər”.
Qeyd edək ki, partiya Ankara, Bursa, Balıkəsir böyükşəhər bələdiyyə sədrlərinin istefası ilə bağlı qərar qəbul edib.
Türkiyənin Bursa Böyük Şəhər Bələdiyyəsinin sədri Rəcəb Altepe istefa verib.
Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçək oktyabrın 28-də istefasını açıqlayacağını bildirib.
Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Edip Uğurun da istefa vercəyi gözlənilir.