Türkiyədə daha bir nazirlikdə 383 nəfər vəzifəsindən uzaqlaşdırılıb

Region
  • 09 avqust, 2016
  • 16:13
Türkiyədə daha bir nazirlikdə 383 nəfər vəzifəsindən uzaqlaşdırılıb

Bakı. 9 avqust. REPORT.AZ/ Meşə təsərrüfatı və Su işləri Nazirliyində 383 nəfər vəzifəsindən uzaqlaşdırılıb.  

"Report"un "Milliyet"ə istinadən xəbər verir ki, həmin işçilər Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinirlər.  

Məlumata görə, nazirlikdə və onun tabeliyində olan idarələrdə araşdırmalar davam etdirilir.