Türkiyədə bir neçə dəfə zəlzələ oldu

Türkiyədə bir neçə dəfə zəlzələ oldu Türkiyədə eyni gündə üç dəfə zəlzələ baş verib.
Region
8 Fevral , 2020 06:57
Türkiyədə bir neçə dəfə zəlzələ oldu

Türkiyədə eyni gündə üç dəfə zəlzələ baş verib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Elazığda qeydə alınıb.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə ilk zəlzələ yerli vaxtla saat 22:57-də 3,8 bal gücündə baş verib. Zəlzələ ocağı 7,4 km dərinlikdə yerləşib. Bundan 19 dəqiqə sonra – saat 23:26-da 3 bal gücündə daha 2 zəlzələ olub.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi