AŞPA-nın Gürcüstan üzrə spikerləri "Xarici təsirin şəffaflığı haqqında" qanunu geri götürməyə çağırıb

AŞPA-nın Gürcüstan üzrə spikerləri "Xarici təsirin şəffaflığı haqqında" qanunu geri götürməyə çağırıb Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə spikerləri "Xarici təsirin şəffaflığı haqqında" qanunu geri götürməyə çağırıb.
Region
22 May , 2024 20:24
AŞPA-nın Gürcüstan üzrə spikerləri Xarici təsirin şəffaflığı haqqında qanunu geri götürməyə çağırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə spikerləri "Xarici təsirin şəffaflığı haqqında" qanunu geri götürməyə çağırıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə AŞPA-nın Gürcüstan spikerləri Klod Kern (Fransa) və Edit Estrella (Portuqaliya) bəyanatla çıxış ediblər.

"Gürcüstanlı həmkarlarımız "xarici təsirin şəffaflığı" haqqında qanunla bağlı narahatlığımız üçün bizdən mötəbər hüquqi arqumentlər istəyib. Bu arqumentlər indi Venesiya Komissiyasının Assambleya sədrinin müraciəti nəticəsində irəli sürülən birmənalı rəyində səslənib. Müvafiq olaraq, biz hakim çoxluğu prezidentin vetosunu aşmamağa və Venesiya Komissiyasının tövsiyə etdiyi bu qanunu geri götürməyə çağırırıq”, - bəyanatda deyilir.

Həmçinin qeyd olunur ki, Avropa Şurası Parlament Assambleyası 2024-cü il mayın 24-də Vilnüsdə keçiriləcək iclas zamanı Gürcüstanda demokratiyaya təhlükələrlə bağlı müzakirələrə baxacaq.

Son xəbərlər

Orphus sistemi