Gürcüstanın Baş naziri: Sağlam müzakirəyə yer qoymadılar

Gürcüstanın Baş naziri: Sağlam müzakirəyə yer qoymadılar "Sağlam müzakirəyə yer qoymadılar. Gürcüstan Prezidenti Salome Zurabişvili kobud şəkildə müzakirəni bağladı və sənədə veto qoydu".
Region
23 May , 2024 03:49
Gürcüstanın Baş naziri: Sağlam müzakirəyə yer qoymadılar

"Sağlam müzakirəyə yer qoymadılar. Gürcüstan Prezidenti Salome Zurabişvili müzakirəni bağladı və sənədə veto qoydu".

"Report"un yerli bürosu xəbər verir ki, bunları Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Birinci kanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, “xarici agentlər” haqqında qanunla bağlı proseslər elə aparılıb ki, ümumiyyətlə, müzakirəyə yer qalmayıb:

"Əslində QHT-lərin fəaliyyətinin şəffaf olmamasında açıq-aşkar siyasi maraq var idi. Hamımız çox gözəl başa düşürük ki, QHT-lər ümumilikdə müxtəlif ölkələrdə siyasi maraq və məqsədləri həyata keçirmək üçün istifadə olunan siyasi alətdir. Ona görə də siyasətlə məşğul olduğumuz yerdə heç kim öz maliyyəsinin şəffaflığından məmnun deyil. Həmin səbəbdən də bu subyektiv maraq başa düşüləndir. Axırda da onlar sizdən şəffaflıq tələb etdikdə, şəffaflığa qarşı belə mübarizə apara bilməzsiniz. Bu, sadəcə olaraq anlaşılmaz və qəbuledilməzdir.

Bütün bunlar müzakirənin niyə qapalı olmasının izahıdır və son anda Salome Zurabişvilinin müzakirəsi də daxil olmaqla, hamımız belə bir sağlam müzakirə üçün veto prosedurundan istifadə etməyi təklif etdikdə, burada da onlar Prezidentin müzakirəsini bağladılar və heç bir şərt olmadan veto qoydular”, - İ.Kobaxidze deyib.

Son xəbərlər

Orphus sistemi