Moskva vilayətində elektrik qatarı yanıb

Moskva vilayətində elektrik qatarı yanıb Rusiyanın Moskva vilayətində şəhərətrafı qatar yanıb.
Region
22 May , 2024 19:00
Moskva vilayətində elektrik qatarı yanıb

Rusiyanın Moskva vilayətində şəhərətrafı elektrik qatarı yanıb.

"Report" Rusiya KİV-ə istinadən verdiyi xəbər verir ki, Solneçnoqorsk ərazisində, Leninqrad istiqamətində, "Povarovo-1" stansiyasının yaxınlığında vaqonlardan biri tüstülənməyə başlayıb.

Dərhal qatar dayandırılıb və sərnişinlər təxliyə edilib. Heç kim xəsarət almayıb.

Xətdə hərəkət müvəqqəti məhdudlaşdırılıb, yanğınsöndürənlər hadisə yerindədir.

Son xəbərlər

Orphus sistemi