Türkiyədə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Region
  • 27 iyul, 2023
  • 19:46
Türkiyədə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Türkiyənin Çanaqqala şəhərinin Gelibolu rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər (sürücü) ölüb, daha 7 nəfər xəsarət alıb. Qeyd edilir ki, hadisəyə itin gözlənilmədən avtobusun yoluna çıxması səbəb olub. Bu zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus yol kənarındakı tikiliyə çırpılıb.

Hadisə yerinə polis, jandarm, təcili yardım və xilasedicilər cəlb edilib.

Yaralıların həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

44 filmi