Türkiyədə 86 hakim və prokurorun həbsi ilə bağlı əməliyyat keçirilib

Region
  • 18 avqust, 2016
  • 09:09
Türkiyədə 86 hakim və prokurorun həbsi ilə bağlı əməliyyat keçirilib

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin 34 əyalətində imtahanlarda korrupsiya ittihamı ilə məhkəmə hakimləri və prokurorlara qarşı əməliyyat keçirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu məsələdə şübhəli bilinən 86 hakim və prokurorun tutulması barədə qərar var.

Məlumata görə, artıq onlardan 28 nəfəri saxlanılıb.