​Türkiyədə 34 terrorçu tutulub

​Türkiyədə 34 terrorçu tutulub Onların evlərindən silah-sursat, çoxlu sayda güllə aşkarlanıb
Region
14 Avqust , 2015 12:01
​Türkiyədə 34 terrorçu tutulub

Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyənin Ankara, İstanbul, İzmir, Şanlıurfa və Adana şəhərlərində terrorçu PKK, KCK (Kürd İcması Birliyi) və İŞİD-ə qarşı eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 34 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Əməliyyatlar zamanı Ankaranın 4 rayonunda 5 nəfər, İstanbulda 5 ünvandan 3 nəfər, İzmirin 3 bölgəsində 13 nəfər, Şanlıurfada 5 ünvanda 3 nəfər, Adanada isə 17 ünvanda 10 nəfər həbs edilib.

Həbs olunanların evlərində aparılan axtarış nəticəsində kalaşnikov avtomatı, tapança, fişəng, sursat, çoxlu sayda güllə, terrorçu təşkilatlara aid sənədlər aşkarlanaraq götürülüb. 

Son xəbərlər

Orphus sistemi