Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin məqsədi açıqlanıb

Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin məqsədi açıqlanıb Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi beynəlxalq ictimaiyyətin diqqətini Adıyamana çevirmək, şəhərin tarixi, mədəni, turistik dəyərləri, zəngin florası və faunasını peşəkar fotoqrafların çəkməsi, eyni zamanda fotoqraf həvəskarlarını bir araya gətirmək
Region
27 Aprel , 2024 10:07
Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin məqsədi açıqlanıb

Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi beynəlxalq ictimaiyyətin diqqətini Adıyamana çevirmək, şəhərin tarixi, mədəni, turistik dəyərləri, zəngin florası və faunasını peşəkar fotoqrafların çəkməsi, eyni zamanda fotoqraf həvəskarlarını bir araya gətirmək məqsədi daşıyır.

Bunu “Report”un Adıyamana ezam olunmuş əməkdaşına açıqlamasında Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin Təşkilat Komitəsinin üzvü Bilal Zemin deyib.

Onun sözlərinə görə, Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi Adıyaman vilayəti Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən bir çox mədəniyyətə ev sahibliyi etdiyi üçün Adıyamanı və ümumilikdə perspektivdə Türkiyəni tanıtmaq üçün həyata keçirilir:

“Bu layihə antik yunandan tutmuş Bizans İmperiyasına, xristian mədəniyyətlərindən tutmuş islam cəmiyyətlərinə qədər bir çox mədəniyyətin kəsişmə nöqtəsi olan Nemrut dağı, Cendere körpüsü, Gərgər qalası, Kahta qalası, Perre antik şəhəri kimi tarixi abidələrin qalıqları, su anbarları, yeraltı və yerüstü sərvətləri ilə ölkənin önəmli şəhərlərindən biri olan Adıyamanın turizminə ötən il fevralın 6-da baş vermiş zəlzələdən sonra böyük töhfə verəcək".

Son xəbərlər

Orphus sistemi