Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb

Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-na ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb və hər iki tərəf üçün əlverişli vaxtda baş tutacaq.
Region
27 Aprel , 2024 00:57
Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb və hər iki tərəf üçün əlverişli vaxtda baş tutacaq.

"Report"un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli xəbər verib.

“Prezidentimizin ABŞ-yə mayın 9-na planlaşdırılan səfəri qrafik uyğunsuzluğu səbəbindən hər iki tərəf üçün əlverişli tarixə təxirə salındı. Səfərin hazırlanması məqsədilə Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoq davam etdiriləcək", - diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi