Türkiyədə 2 avtobus toqquşub, 9 nəfər yaralanıb

Region
  • 30 sentyabr, 2023
  • 13:22
Türkiyədə 2 avtobus toqquşub, 9 nəfər yaralanıb

Türkiyənin Kahramanmaraş şəhərində 2 sərnişin avtobusu toqquşub.

“Report” xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Məlumata görə, xəsarət alanlardan 1-i sürücü, 8-i sərnişinlərdir.

Yaralıların sayının artacağı istisna edilmir.