Türkiyə XİN: "Liviyanın təhlükəsizliyi üçün azad seçkilərin keçirilməsini vacib sayırıq"

Türkiyə XİN: "Liviyanın təhlükəsizliyi üçün azad seçkilərin keçirilməsini vacib sayırıq" Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Liviyada davam edən siyasi və hərbi proseslərlə bağlı bəyanat yayıb.
Region
28 Avqust , 2022 04:06
Türkiyə XİN: Liviyanın təhlükəsizliyi üçün azad seçkilərin keçirilməsini vacib sayırıq

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Liviyada davam edən siyasi və hərbi proseslərlə bağlı bəyanat yayıb.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Bildirilib ki, Türkiyə Liviyada dinc əhalinin ölümü ilə nəticələnən və davam etməkdə olan münaqişələri böyük narahatlıqla izləyir:

"Yerlərdə böyük səylərlə yaradılmış sabitliyin qorunması Liviyanın təhlükəsizliyi və gələcəyi üçün çox vacibdir. Tərəfləri bunu dərk edərək hərəkət etməyə, təmkin və sağlam düşüncəyə dəvət edir, münaqişələri dərhal dayandırmağa çağırırıq".

Nazirlik, Liviyada artan zorakılığın həm də ölkə xalqının davamlı sülh və sabitliyə nail olmaq əzmini, siyasi prosesi, xüsusən də seçkilərin keçirilməsini inkişaf etdirməyi təhlükə altına qoyduğunu vurğulayıb:

"Bu baxımdan tərəflərin silahlarını susdurmalarını və problemlərinin sülh yolu ilə həllinə mümkün qədər tez bir zamanda diqqət yetirmələrini gözləyirik. Türkiyə Liviyanın daimi sabitliyi, rifahı və təhlükəsizliyi üçün Liviya xalqının istək və gözləntiləri çərçivəsində ədalətli, azad və ümummilli seçkilərin ən qısa zamanda keçirilməsini vacib hesab edir. Bu çərçivədə BMT-nin dəstəyi ilə hüquqi infrastruktur işləri sürətlə tamamlanmalıdır. Bu məqsədlərə uyğun olaraq, indiyə qədər etdiyimiz kimi, liviyalı qardaşlarımızın yanında olmağa və davamlı sülh və sabitliyin bərqərar olması üçün hər cür dəstəyi verməyə davam edəcəyik".

Son xəbərlər

Orphus sistemi