Türkiyə XİN başçısı: “Məni bəzən Elmar Məmmədyarovla səhv salırlar”

Türkiyə XİN başçısı: “Məni bəzən Elmar Məmmədyarovla səhv salırlar” “Toplantılarda Azərbaycana aid suallar verirlər”
Region
21 İyun , 2018 15:14
Türkiyə XİN başçısı: “Məni bəzən Elmar Məmmədyarovla səhv salırlar”

Bakı. 21 iyun. REPORT.AZ/ “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi səhv salırlar”.

“Report” “gazetevatan”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrdən olan həmkarları ilə münasibətindən danışarkən bildirib.

“Latın Amerikası, Körfəz ölkələrində “brother” (qardaş) dediklərimiz var. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi qarışdırırlar. Toplantılarda Azərbaycana aid suallar verirlər. Əvvəllcə elə bilirdim ki, türk olduğum üçün bu sualı verirlər. Ancaq sonra da Elmarla məni səhv saldıqlarını bildim. Ona da təyyarədə Türkiyə ilə bağlı suallar verirblər. Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovla çox yaxşı münasibətimiz var. Çinlilər çox rəsmidir. Ancaq Çinin xarici işlər naziri Vang Yi çoxdandır mənə “brother” (qardaş) deyir” - deyə nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi