Türkiyə uzaq məsafəli və PUA-dan qanadlı raket buraxılışını sınaqdan keçirib

Türkiyə uzaq məsafəli və PUA-dan qanadlı raket buraxılışını sınaqdan keçirib Türkiyə uzaq məsafəli raketini uğurla sınaqdan keçirib.
Region
12 May , 2023 01:00
Türkiyə uzaq məsafəli və PUA-dan qanadlı raket buraxılışını sınaqdan keçirib

Türkiyə uzaq məsafəli raketini uğurla sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tviterdəki hesabında yazıb.

“Türkiyə səmasının qoruyucusu olan SİPER meydana enməzdən əvvəl etdiyi son sınaqda hədəfi uzaq məsafədən dəqiq vurdu.

Quruda, havada, dənizdə və kosmosda müstəqilliyimiz və gələcəyimiz üçün gecə-gündüz çalışmaqda davam edirik! Təbrik edirik”, - İ.Dəmir qeyd edib.

O, eyni zamanda qeyd edib ki, Türkiyə dünyada ilk dəfə PUA-dan qanadlı raket buraxılışını həyata keçirib.

AKINCI TİHA-dan atılan ÇAKIR bütün kritik komponentləri yerli-milli olan mühərriklə təmin edilib və hədəfi dəqiq zərbə ilə vurub.

Son xəbərlər

Orphus sistemi