Türkiyə səfiri: FETÖ və onun qolları ilə mübarizəmiz dünyanın dörd bir tərəfində davam edir

Türkiyə səfiri: FETÖ və onun qolları ilə mübarizəmiz dünyanın dörd bir tərəfində davam edir 15 iyul gecəsi şəhər meydanında olan və Vətən uğrunda vuruşan hər kəs qazidir. FETÖ və onun qolları ilə mübarizəmiz dünyanın dörd bir tərəfində davam edir.
Region
15 İyul , 2024 11:27
Türkiyə səfiri: FETÖ və onun qolları ilə mübarizəmiz dünyanın dörd bir tərəfində davam edir
Cahit Bağçı

15 iyul gecəsi şəhər meydanında olan və Vətən uğrunda vuruşan hər kəs qazidir. FETÖ və onun qolları ilə mübarizəmiz dünyanın dörd bir tərəfində davam edir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin binasında keçirilən “15 İyul Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü" konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, vaxtilə PKK-ya qucaq açanlar 15 iyuldan sonra da FETÖ-yə dəstək göstəriblər.

"Türkiyə Silahlı Qüvvələrinin bütün şərəfli əsgərlərinə minnətdarlığımızı bildiririk. Xainlərə sinələrini sipər edən Türkiyə polisinə minnətdarlığımızı bildiririk. PKK və KCK kimi terror təşkilatlarının yuvalarını başına uçuranlar qəhrəman türk polisləridir. FETÖ təməli 1960-lara söykənən kripto bir təşkilatlanmadır. Zamanla insanları təsir altına alıb və güclənib. Onun ən strateji addımı uşaqları və gəncləri ələ almaq idi. Təhsil yolu ilə gəncləri ələ keçirirdilər. O gecə şəhər meydanında olan və Vətən uğrunda vuruşan hər kəs qazidir. FETÖ və onun qolları ilə mübarizəmiz dünyanın dörd bir tərəfində davam edir. Bu mübarizəni birlikdə qərarlılıqla davam etdirəcəyik", - səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi