Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək

Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək Türkiyə Milli Təhlükəsizlik Şurasının mayın 28-də keçiriləcək toplantısında Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunacaq.
Region
28 May , 2024 09:34
Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək

Türkiyə Milli Təhlükəsizlik Şurasının mayın 28-də keçiriləcək toplantısında Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunacaq.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, toplantıda İraqın şimalında terror ünsürlərinin məhv edilməsi istiqamətində antiterror əməliyyatının davam etməsi, Suriyanın şimalında PKK/YPG terror qruplaşmasının qanunsuz seçkilərə hazırlıqlara qarşı görüləcək tədbirlər və onun bölgədə işğal etdiyi yerlərdə özünü legitimləşdirmə cəhdləri müzakirə olunacaq. Fələstin-İsrail müharibəsi, Fələstini tanıyan dövlətlərin sayının artmasına hazırlıq kimi məsələlərdən də bəhs ediləcək.

Şuranın iclasında digər regional və beynəlxalq məsələlər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi, İranda baş verənlər və Yunanıstanla münasibətlər də müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi